Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu

Sərxoş halda Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə zəng edərək nalayiq ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.
Avtosfer.az-ın "Teleqraf"a istinadən məlumatına görə, 1986-cı təvəllüdlü Ç.V 102-yə zəng edərək atasının vaxtilə vəzifədə olmuş şəxs tərəfindən qətlə yetirildiyini, 100 min manat pulunun mənimsənildiyinə dair əssasız şikayətlər edib.
O, bundan başqa, digər rayonlarada narkotikin 10 manata olduğunu, Füzulidə isə 7 manata satıldığına dair əsassız məlumatlar verib.
Ç.V məhkəmədə özünü təqsirli bildirərək əməli sərxoş vəziyyətdə törətdiyini etiraf edib. O, spirtli içkinin təsiri altında törətdiyi əməldən peşman olduğunu dilə gətirib.
Məhkəmənin qərarına əsasən, barəsində protokol (İXM-in 510.1 ) tərtib edilmiş şəxs 8 sutka müddətinə inzibati qaydada həbs olunub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












