Sərxoş polis 8 Mart günü qadının ölümünə səbəb oldu - FOTO

Dağıstanda qəza törədərək 29 yaşlı qadının ölümünə səbəb olan cinayət axtarış şöbəsinin əməkdaşı həbs edilib.
Avtosfer.az yerli KİV-ə isitnadən xəbər verir ki, hadisə martın 8-də baş verib.
İstintaqı aparan müstəntiqlərin araşdırmasına görə, 36 yaşlı polis əməkdaşı sərxoş vəziyyətdə ona məxsus “Jetour Dashing” markalı avtomobilin dövlət qeydiyyat nişanının rəqəmlərinə dəyişiklik edərək sükan arxasına keçib.
Daha sonra isə Manas-Serqokala-Pervomaysk şossesi ilə hərəkətdə olan zaman idarəetməni itirib və qarşı yola çıxaraq maşını yol kənarında park edilmiş "Lada Priora"ya çırpıb.

Yerli KİV-in yaydığı məlumata görə, hadisə zamanı “Priora”nın salonunda 34 yaşlı İslam M., 29 yaşlı qadın Anisat M. və onların 6 yaşlı qızları olub.
Qəza nəticəsində qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, kişi və 6 yaşlı qızı isə xəstəxanaya çatdırılıb.
Bildirilir ki, polis əməkdaşına qarşı ehtiyyatsızlıqdan insan ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozduğuna görə cinayət işi açılıb.
Namiq Musayev
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












