Sevdiyi qızı ona vermədiyi üçün ailəsindən BELƏ QİSAS ALDI

Hindistanın Karnataka ştatının Appinangadi şəhərində polis hücuma görə 4 nəfəri həbs edib.
Avtosfer.az milli.az-a istinadən bildirir ki, hücumun səbəbi hindistanlının qızını cinayətkarlardan birinə ərə verməkdən imtina etməsi olub.
Noyabrın 25-i cümə günü axşam saatlarında altı nəfər Beari ailəsinin evinə soxulub. Onların əksəriyyəti daş və çubuqlarla silahlanıb. Quldurlar qurbanları döyüb, qışqıraraq hədələyiblər. Ailənin atası Usman Beari yaxınları üçün ayağa qalxanda Nizamuddin adlı şəxs bıçaqla onun sinəsindən zərbə endirib.
Usmanın 38 yaşlı həyat yoldaşı Tahira hadisə barədə polisə məlumat verib. Polis hücumda şübhəli bilinən 4 nəfəri həbs edib. Daha iki şübhəli axtarışdadır. Usman Beari xəstəxanaya aparılıb.
Polisin məlumatına görə, əvvəllər Nizamuddin Usman Bearinin qızı ilə evlənmək istədiyini bildirib, amma qızın atası imtina edib. Uğursuz bəy əsəbiləşərək dəstə toplayıb və qisas almaq qərarına gəlib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












