Sevgilisi məşhur meyxanaçını döydürdü: evi qarət edildi – 3 nəfər tutulub, biri axtarılır

Məşhur meyxanaçı Elçin Zəka şiddətə məruz qalıb. Avtosfer.az xəbər verir ki, meyxanaçının başına gələn xoşagəlməz hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Bir qrup şəxs meyxanaçının evinə basqın edərək onu döyüb. Saytımıza daxil olan məlumata əsasən, döyülmə faktı meyxanaçının keçmiş sevgilisi tərəfindən icra edilib. Belə ki, məşhurun eks-sevgilisi tərəfindən tutulan bir qrup şəxs güc tətbiq edərək onun evinə girib və meyxanaçıya şiddət göstəriblər. Saytımızın əməkdaşı hadisəylə əlaqədar zərərçəkənlə əlaqə saxlayıb. Meyxanaçı şiddətə məruz qaldığını təsdiqləyib və işin qalan qismini vəkilinə həvalə etdiyini bildirib.
Qeyd edək ki, meyxanaçı Suraxanı RPİ-nin 31-ci bölməsinə şikayət ərizəsi ilə müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, iyunun 7-də gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat, 1 ədəd sadə boyunbağı və sənədləri talayıb aparmaları barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Nərmin
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












