Sevgilisini öldürən iş adamı ifadə verdi - "Kəlmeyi-şəhadəti öyrədirdim"

Bakının Yasamal rayonunda tanışını anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan məşhur iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Uzun müddət sevgi münasibətində olduğu İradə ilə öz evində narkotikin təsriri altında dini mahnılara qulaq asıb. Daha sonra onu bıçaqlayaraq öldürüb.
Təqsirləndirilən barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib.
İttihama münasibət bildirən Ağacanov irəli sürülən ittihamları qəbul etməyib: "Bu cinayət mənə aid deyil. Mən İradəni çox istəmişəm. Hadisə tam yadımda deyil. O, 15 ildən çox mənim yanımda olub. Qohumları da şahiddir ki, ona necə baxmışam. İradə xristian idi, onu dinə gətirərək ailə qurmaq istəmişəm. Bizi ayıran şeytan olub. İradənin içində özü deyildi.
İradə gözü korlar üçün ölüb, mənim üçün ölməyib, mənimlə indi də danışır. Onunla yenə də görüşəcəyik".
Təqsirləndirlilən şəxs bildirib ki, özünü rəsmi ailəsi olsa da, hər kəsin bir haqqı var: "Mən onu da almaq istəyirdim. Amma müsəlman deyildi deyə ala bilmədim. Onu namaz qılmağa dəvət etdim, kəlmeyi-şəhadəti dedidirmək istədim. Dedim ki, dini qəbul et, evlənək, uşaqlarımız olsun. Dəvətimi qəbul etdi. Amma danışa bilmədik. Mənə bu zaman zəng gəldi, İradə dedi ki, telefona cavab ver, danışaq. Mən də dedim ki, bu, şeytan əməlidir, telefonu sındırdım. Kimin zəng etdiyini görmədim".
Prokurorun "necə oldu ki, İradə öldü" sualına təqsirləndirilən şəxs belə cavab verib: "Kim deyir ki, İradə ölüb? O, ölməyib, siz ölümüsüz. Mən onu çox sevirəm".
Təqsirləndirilən şəxs deyib ki, 17 yaşından dinlə məşğul olub, həmin yaşda da Kərbəla ziyarətinə gedib: "Mən narkotik vasitə marixuana qəbul etmişəm. Onu kimdən aldığımı xatırlamıram. Əvvəllər İradə ilə davalarımız olmayıb".
Təqsirləndirilən şəxs sorğu-sual zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin də şeytan olduğunu deyib. Əlavə edib ki, zərərçəkmiş Maldivdədir.
İradə Muradovanın hüquqi varisi Rəna Muradova ifadəsində bildirib ki, Emil Ağacanovun dediklərinin 80 faizi yalandır: "Bacımla Emilin münasibətləri yaxşı idi. Bizə qonaq gəlmişdilər. Mənim də ona yaxşı münasibətim var idi. Mən bacımın ikinci dəfə evləndiyini bilməmişəm. Protokolu oxuyanda bunu bilmişəm. Bacım Emillə qalmayıb, həmişə anamla qalıb.
İradə ölümündən yarım saat əvvəl həyətə düşüb. Sonra bacım da, qatil də yarıçılpaq vəziyyətdə olub. Mən bacımı morqda gördüm. Pis vəziyyətdə idi. Bədənində qançirıər var idi. Onu yuyan qadınlar deyib ki, öləndə zülüm görüb. Dırnaqları sındırılmışdı, görünür, müqavimət göstırib.
Bacımın yanına tez-tez gəlirdim. Onu hadisədən iki gün əvvəl görmüşdüm. Heç bir problem yox idi. Emilin pis söz dediyini heç vaxt görməmişəm. Amma ondan anamın xoşu gəlmirdi. Dəli olması da yalandır. Narkotik qəbul edir. Ondan şikayətçiyəm. O, dəli deyil, narkotik təsiri altında bu hadisəni törədib".
Növbəti proses yanvarın 29-da davam edəcək.
Qeyd edək ki, Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və “Port Baku” ticarət mərkəzində yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Əmisi ilə birgə maşını işlək vəziyyətdə qoyub yatdılar - İkisi də öldü - FOTO
"Ondan maşın, 1 manat alanı da Allah gorbagor etsin" - Müğənni
Şəmkirdə iki maşın toqquşdu - Avtomobillərdən biri yol kənarındakı piyadanı vurdu
Çobanlar yarım milyonluq heyvanları necə oğurlayıb? - Sahibkar detalları açıqladı - VİDEO
"Azəriqaz" yüzlərlə kəndlini işsiz qoydu – Məhkəmə qərarı icra edilmir
Arvadının burnunu sındırdı: “Taksidən düşəndə...”
Keçidin yaxınlığından yola qaçan piyada qəzadan saniyə ilə qurtuldu - VİDEO
7-ci mikrorayonda yol çöküb - Maşın batdı - VİDEO - YENİLƏNİB
Tufandağa istirahətə gedənlər dağ kosteri xəttində qaldı; heç kim kömək etmədi - VİDEO
Güclü külək Lənkəran-Lerik yolunda məhdudiyyətlərə səbəb oldu - VİDEO
“20 Yanvar” istiqamətində avtomobil alışdı: Sıxlıq yarandı - FOTO - VİDEO











