Şirkət polisi və müdafiə nazirliyini korrupsiyada ittiham edib

Hərbi geyimlərin tədarükü üzrə ixtisaslaşan Amerika şirkəti “Sinclair & Wilde” Ukraynanın milli polisini və Müdafiə Nazirliyini korrupsiyada ittiham edib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “BGD Legal & Consulting” şirkətinin saytındakı məlumatda deyilir.
Şirkət “Sinclair & Wilde”in maraqlarını müdafiə edir. Məktubda deyilir:
“Ukrayna Milli Polisinə açıq məktub. “Sinclair & Wilde”, Ukrayna Milli Polisinin yaxınlarda yayımlanan videosunda irəli sürülən yalan və əsassız iddiaları qəti şəkildə rədd edir. Aydındır ki, bu hekayənin yayılması milli polisin öz daxili korrupsiyasını və Ukrayna Müdafiə Nazirliyinin korrupsiyasını gizlətmək cəhdidir. 2023-cü il ərzində bir neçə nəfər “Sinclair & Wilde”dan sahib olduğu 14,5 milyon dolların ödənilməsini təmin etmək üçün rüşvət tələb edib.
Bir ildən artıqdır ki, ABŞ-ın Kiyevdəki səfirliyi, ABŞ və Ukrayna hüquq-mühafizə orqanları diqqəti Ukrayna Müdafiə Nazirliyində rüşvət tələbinə və aşkar korrupsiyaya yönəldib. Daha sonra Amerika rəsmiləri və şirkət nümayəndələri Ukrayna polisinə Ukrayna tərəfinin ittihamlarını təkzib edən məlumatlar təqdim ediblər. Lakin milli polis bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin rəsmilərinə ötürüb ki, bu da şahidlərin, o cümlədən ABŞ vətəndaşının həyatını təhlükəyə atıb. Nəticədə ABŞ hakimiyyəti milli polislə əməkdaşlığı davam etdirməkdən imtina edib”.
“Sinclair & Wilde” Ukrayna hərbi idarəsi ilə hərbi geyimlərin və tekstil məmulatlarının tədarükü üçün beş müqavilə bağlayıb.
Şirkət Ukrayna tərəfinə avadanlıqların təhvil verilməsinə qədər beşinci müqavilə üzrə 12,5 milyon dollar məbləğində ödənişi təxirə salmağa razılaşıb, baxmayaraq ki, əvvəlcə Ukrayna vəsaitin hamsını ödəməyə razılaşıb. Sonradan Ukrayna tərəfi şirkətdən aldığı formalara baxmayaraq, həm beşinci müqaviləni ödəməkdən, həm də birinci müqavilə üzrə borcunu ödəməkdən imtina edib.
Süni intellektlə saxta MİDA müqavilələri hazırlayıb pul yığdılar – 2 qadın həbs edildi - VİDEO
Xırdalanda asfaltı qazdılar, sakinlərə tozlu yol “hədiyyə” etdilər - VİDEO
Almaniyada vağzalda partlayış: Bir neçə nəfər xəsarət aldı
Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO
Sürücüsüz avtomobil sınaq yürüşündə polis maşınına çırpıldı - VİDEO
Bakıda xuliqanlıq – Xocasəndə yük maşınının qabağını kəsdilər - 77-GA-602, 99-DT-719 - VİDEO
Babək prospektində maşın yanıb - VİDEO
Bələdiyyə üzvü avtomobillə 45 yaşlı qadını vuraraq ÖLDÜRDÜ - FOTO
Zaqatalada maşının qarşısına heyvan çıxdı, sürücü qəzadan son anda yayındı - VİDEO
Vəsiqəsiz sürücü sərnişinlə yerini dəyişdi, amma drondan qaça bilmədi - VİDEO
Qarabağda bədbəxt hadisə: İki nəfər həyatını itirdi - FOTO










