Şirvanda əcnəbidən narkotik alan saxlanıldı - FOTO

Şirvanda sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs ələ keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil Cabbarlı saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 865 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı R.Cabbarlı narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi vətəndaşdan onlayn yolla aldığını etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. R.Cabbarlının cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












