Şirvanda narkotikə görə polisin saxladığı şəxs öldü

Mayın 30-da Şirvan ŞPŞ-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Samir Əbdülrəhmanov saxlanılıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, ondan 5 kq-dan artıq narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi qaldırılıb.
Bu gün narkotik aludəçisi S.Əbdülrəhmanov saxlama yerində qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi səylərə baxmayaraq o xəstəxanda ölüb.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib.
İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












