Siyəzən və Qubada yanğınlar nəzarətə götürüldü - Video

Respublikamızın Şimal regionunda meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Avtosfer.az -ın xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Məlumata görə, hazırda Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermis yanğın nəzarətə götürülüb və soyutma işləri aparılır.
Burada təxminən 40 hektar ərazidə yanğın olub. Yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və çətin şəraitdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur. Burada yanğınla mübarizə tədbirlərinə FHN-in müvafiq qüvvələrinin 200 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər cəlb olunub.
Yanğının baş verdiyi Quba rayonunun Qoşabulaq kəndi yaxınlığında də yanğınsöndürmə əməliyyatları davam etdirilir. Görülmüş müvafiq tədbirlər nəticəsində burada qeydə alınan yanğın artıq nəzarətə götürülüb və soyutma işləri aparılır.
Qeyd edək ki, avqustun 15-dən etibarən Şimal regionunda baş verən yanğınlar nəticəsində bu günədək təxminən 5 min hektar ərazi yanıb.
Yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO
Ölkədən qaçan gömrükçülər Ukraynada tutularaq Azərbaycana gətirildi
Yolu necə gəldi keçən qadın azyaşlı övladını da riskə atdı - VİDEO
İçkili halda maşın sürən qadın polisin “Saxla” əmrinə tabe olmadı – 557 min CƏRİMƏLƏNDİ - VİDEO
Binədə yol nişanı aşırıldı; qurum hərəkətə keçdi - FOTO
Laçında çayda batan “Niva” belə çıxarıldı - VİDEO
“Zebra” olmayan yerdə yolu keçən şəxsi maşın vurdu; qalxıb sürücüyə hücum etdi - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Analarının öldürülməsini azyaşlı övladları qonşulara xəbər verdilər - VİDEO - YENİLƏNİB
Avtomobil satışı adı altında dələduzluq - 32 yaşlı şəxs saxlanıldı
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
“Nissan” və “Land Rover”i zərgərlik mağazasına çırpıb qarət etmək istədilər - VİDEO










