Son anda avtomobilin önündən keçən piyadanı gördü - VİDEO

Diqqətini telefona yönəltdi, yolu keçən piyadanı görmədi. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Omsk vilayətində baş verib. Həvəskar kamerasının özünü ifşa edən görüntülərdən bəlli olduğu kimi, magistral yolda yüksək sürətlə hərəkət edən səbəbkar sükan arxasında əyləşdiyini bir anlıq unudaraq mobil telefona fokuslanıb. Sürücü olduğunu nəzərdən qaçıran şəxs, öndə gedən avtomobili izləyərək tamamilə təhlükəsiz rejimdə hərəkət etdiyini zənn edir. Yolu çəkərkən qarşıdakı piyada keçidini gözardı edən sürücü bu dəfə qarşıdakı avtomobilin təqibindən çıxaraq digər tərəfə doğru hərəkət edən piyadanı görmür və vurmağa saniyələr qala ayılaraq manevr etməyə çalışır. Nəticədə piyadadan yan keçən sürücü, idarəetməni itirərək yol kənarındakı dirəyə dəyərək qəza törədir.
Belə halların çox olduğunu nəzərə alaraq, sürücüləri sükan arxasında digər işlərlə məşğul olmaqdan, xüsusilə telefonla vaxt keçirməkdən uzaq olmağa çağırırıq. Təəssüf ki, bunu hər bir sürücü bilsə də, “bir dəfədən heç nə olmaz” fikri ilə hərəkət edir, yaxud peşəkar idarəetmə qabiliyyətinə arxalanaraq son anda peşmanlıq hissi ilə üz-üzə gəlir. Unutmayaq ki, bir dəfə olmayan “iş”, heç vaxt olmayacaq deyə bir qayda yoxdur.
Nərmin Əkbər
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












