Sumqayıt-Xırdalan-Bakı qatarının ləngiməsi ilə bağlı AÇIQLAMA

Bu gün səhər saat 10:00 radələrində Keşlə stansiyasının girişində kontakt şəbəkədə elektrik enerjisinin olmaması səbəbindən Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a məlumat verilib. Bildirilib ki, kontakt şəbəkəsini qidalandıran fider xəttində yaranmış nasazlığın aradan qaldırılması üçün dərhal tədbirlərə başlanılıb. Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 6 saylı Dartı Yarımstansiyasından çıxan yüksəkgərginlikli hava elektrik xətlərinin altında və mühafizə zonasında qanunsuz tikilən yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşməsi ağır texnikanın qəza baş verən əraziyə daxil olmasına çətinliklər yaradıb. Saat 10:37-də qatarların hərəkətini bərpa etmək mümkün olub. Hazırda qatarlar cədvələ uyğun hərəkət edir. Hadisə aidiyyəti üzrə araşdırılır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












