Sumqayıtda film kimi cinayət: Gözətçi evinə oğurluğa girən şəxsi bıçaqladı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Ədalət Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olub.
İttihama görə, hadisə Sumqayıt şəhəri, Corat qəsəbəsində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Ədalət Məmmədov onun evinə oğurluğa girən Məhəmməd Həsənovu (şərti) bıçaqlayıb.
Məhkəmədə Ədalət Məmmədov ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbində gecə növbəsində gözətçi işləyir. O deyib ki, evdən çıxanda qapıya həmişə nişan vurub. Hadisədən əvvəl evə gələndə görüb ki, nişan pozulub. Evə daxil olanda nəvələrinə aid olan velosipedlərdən birinin yoxa çıxdığını görüb. Ədalət Məmmədov bu barədə heç kimə heç nə söyləməyib. Qapıya yeni nişan vurub işə getdib, qayıdanda qapıya qoyduğu nişanın yenidən pozulduğunu görüb. Bu dəfə digər velosipedin də olmadığını görüb və bu hadisə ona çox pis təsir edib.
Bu səbəbdən 3 günlük ərizə yazaraq işdən icazə alıb ki, evə girən oğruları tapsın. Qapını bu dəfə çöldən bağlayıb. Onlar yenə əmin onsunlar ki, evdə heç kim yoxdur. Hadisə günü səhər saat 06-da birdən qulağına səs gəlib, kiminsə siqaretin boş qutusunu tulladığını eşidib. Biri alçaqboy, digəri isə hündürboy oğlanın həyətinə girdiyini hiss edib. Sonradan adını bildiyi Anar adlı şəxs içəri gəlib. Həmin şəxslər onu görməsinlər deyə gizlənib. Sonradan adını bildiyi Məhəmməd adlı şəxs qapının yaninda dayanıb. Bu zaman Məhəmməd onu görüb. Ədalət həmin şəxslərdən 2 metr aralıda dayanıb. Anar evin içərisində olub, çöldə olan Məhəmmədə içəri keçməsini deyib. Məhəmməd ona deyib ki, onu evə gətiriblər. Bundan sonra Məhəmməd onun üzərinə gəlib. Həmin vaxt Məhəmməd həyətdə olan köhnə soyuducunun üzərinə yıxılıb və qalxaraq qaçıb gedib.
Ədalət Məmmədov qeyd edib ki, hadisə zamanı heç kimə xəsarət yetirməyib: “Əgər mən kimisə bıçaqla vurmuş olsaydım, o, 2000 metr yolu gedə bilməzdi”.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
pravda.az
“Zavodda görüşdük, sonra malı göndərmədilər” – VƏTƏNDAŞDAN ŞİKAYƏT - FOTO
Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ
Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR
Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi
“Toyota”nın keçmiş direktoru vəfat etdi
Uçuşda 24 nəfər yaralanmışdı - Pilot marixuana çəkibmiş - VİDEO
Rusiyada şarjda olan avtomobil alışıb yandı - VİDEO
Süni intellekt mütəxəssislərinin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Maşınla vurulan piyada xəstəxanada öldü - FOTO
Düzgün yüklənməyən yük maşını dik yoxuşda aşdı – VİDEO
Qadın sürücü saxta polis avtomobilində tutuldu










