Sumqayıtda narkotik satan şəxslər tutulub - FOTO - VİDEO

Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən Sumqayıt şəhər sakinləri Azad İsrafilov və Vaqif Cəfərov tutularaq istintaqa təqdim ediliblər. Onların üzərindən və yaşadıqları evlərdən satış üçün əldə etdikləri 500 qrama yaxın heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Azad İsrafilov və Vaqif Cəfərov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul oluqlarını etiraf ediblər. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı Corat, həmçinin ətraf qəsəbələri rabitə və internetlə təmin edən kabel xəttələrini kəsərək oğurlayan əvvəllər məhkum olunmuş Famil Babayev saxlanılıb. Araşdırma zamanı onun müxtəlif vaxtlarda qeyd edilən ərazidən 400 metrə yaxın kabeli oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Famil Babayev sonuncu dəfə kabel xəttlərini kəsərən oğurlamaq istəyən zaman saxlanılaraq Polis Bölməsinə gətirilib. Faktlarla bağlı saxlanılan hər üç şəxs barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Azad İsrafilov, Vaqif Cəfərov və Famil Babayevin ətrafında əməliyyatlar davam etdirilir.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
















