Sürücü qəzaya düşdü: Sığorta şirkəti başına oyun açdı - VİDEO

Sürücü avtomobilini sığotaladığı şirkətdən narazıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaş redaksiyamıza müraciət edib. O, bildirib ki, aprelin 9-u Şəmkir rayonunda qəzaya düşüb. Belə ki, 20-BS-402 qeydiyyat nişanlı “Niva” markalı avtomobillə hərəkətdə olarkən 23-BJ-915 qeydiyyat nişanlı sərnişin avtobusu onu ötmək üçün əks yola çıxıb. Bu zaman qarşıdan gələn digər avtomobilə görə avtobus sürücüsü sağa manevr edib. Nəticədə “Niva” markalı avtomobili vuraraq sürücünü ziyana salıb. Hadisənin qeyd olunduğu görüntülərdə də avtobus sürücüsünün inzibati xəta törətdiyi anbaan əks olunub.
Şikayətçi iddia edir ki, hadisə yerinə “Azərsığorta” və DYP əməkdaşları gələrək baxış keçirib. Sığorta şirkətindən öncə səhvin “Niva” markalı avtomobilin sürücüsündə olduğu bildirilib. Polis əməkdaşlarının araşdırmasından sonra avtobus sürücüsü İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə olunub.
Lakin sığorta şirkətinin məsələni araşdıran əməkdaşı şikayətçi ilə əlaqəni kəsib. Bütün bu olanlara görə sürücü narazılıq edir.
“Azərsığorta” şirkəti ilə əlaqə saxladıq. Məsələ ilə bağlı Avtosfer.az-a məlumat veriləcəyi bildirildi.
Məhəbbət Tərlanoğlu
Çörək daşıyan yük avtomobili yanıb - FOTO
Naxçıvanda selə düşən şəxs belə xilas edildi - VİDEO
Sel körpünü dağıtdı: Əsas yol bağlandı - VİDEO
Bakıda cinayətkar dəstə saxlanıldı: İkisi qardaşdır - FOTO - VİDEO
Gəncədə yola çıxan uşağa belə kömək oldular - VİDEO
Narkotikin təsiri altında avtomobil sürən və qəza törədən məhşur futbolçu saxlanıldı
Külək nəticəsində Bakıda 41 ağac sınıb - FOTOLAR
Bakıda “mall”un dam örtüyü uçdu; dəmirlər maşınların üzərinə düşdü - VİDEO
Oğuzda güclü külək ağacı aşırıb, 15 kənd işıqsız qalıb
Bakıda güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO - VİDEO
Yol vermək üstündə iki ailə arasında dava: Ölənlər var - FOTOLAR










