Ayın məskunlaşdırılması ilə bağlı üçmərhələli plan

NASA "Artemis" proqramı çərçivəsində Ayın məskunlaşdırılması planını təqdim edib. Bu plan Yer peykində mərhələli şəkildə daimi infrastrukturun və insan varlığının yaradılmasını nəzərdə tutur. Layihənin icrası 2030-cu illərin ortalarına qədər olan təxmini müddətlərlə üç mərhələyə bölünüb. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, təxminən 2028–2029-cu illərə qədər davam edəcək birinci mərhələdə bir sıra robotlaşdırılmış missiyaların həyata keçirilməsi planlaşdırılır. Onlar Ayın cənub qütbü bölgəsini tədqiq edəcək, su buzu axtaracaq, qruntu öyrənəcək, həmçinin rabitə, naviqasiya və enerji təchizatı sistemlərini sınaqdan keçirəcəklər. Bu mərhələnin yekunu olaraq gələcək baza üçün sahələr seçiləcək və idarəolunan (pilotlu) missiyalar üçün texnoloji baza hazırlanacaq. Təxminən 2029–2032-ci illəri əhatə edən ikinci mərhələ infrastrukturun qurulmasına başlanılmasını nəzərdə tutur. Söhbət enerji sistemlərinin, kommunikasiya şəbəkəsinin, eləcə də ilk yaşayış və elmi modulların yaradılmasından gedir. Bu dövrdə həmçinin uzunmüddətli idarəolunan missiyaların həyata keçirilməsi, tikinti və logistika üçün Ay roverlərindən aktiv istifadə edilməsi gözlənilir. Təxminən 2032–2035-ci illəri və sonrakı dövrü əhatə edən üçüncü mərhələ isə insanın Ayda daimi olaraq qalmasına keçidi nəzərdə tutur. Ayda dayanıqlı yaşayış kompleksləri, su, oksigen və yanacaq da daxil olmaqla yerli resursların çıxarılması və emalı sistemləri yaradılmalı, həmçinin heyətlərin müntəzəm növbələşməsi (rotasiyası) təmin edilməlidir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












