Sürücü SƏHLƏNKARLIĞI: Jurnalist avtobusda yaralandı, vəziyyəti pisdir

Bakıda ictimai nəqliyyatda sürücünün qəfil əyləci basması jurnalistin xəsarət alması ilə nəticələnib.
Avtosfer.az bizim media-ya istinadən xəbər verir ki, bu barədə Gün TV-nin təsisçisi Mehriban Sadıqova "Facebook" hesabında paylaşım edib.
Onun sözlərinə görə xəsarət alandan sonra sürücü ona qarşı laqeyd və etinasız münasibət nümayiş etdirib:
"Ötən gün saat 9:30 radələrində Maştağa qəsəbəsindən M8 saylı 99JO 671 nömrə nişanlı avtobusa sərnişin kimi minmişdim. Avtobusda sıxlıq idi və orta qapıdan arxa istiqamətdə söykənəcəkdən tutub dayanmışdım. Zabrat qəsəbəsini keçdikdən sonra üzü şəhər istiqamətində qəfildən avtobus sürücüsü əyləci basdı. Ayaq üstə olan sərnişinlər hamı müavinətini itirdi. Mən yıxıldım və digər sərnişinlər də üstümə yıxıldı. Bir neçə dəqiqə yerdən qalxa bilmədim və sonradan sərnişinlərin köməyi ilə oturacaqda əyləşdirildim. Telefonlarımın hərəsi bir istiqamətə düşdü və hər ikisi zədələndi. A52 modelli telefonum sındı. Sürücü isə heç nə olmamış kimi yoluna davam etdi".
Mehriban Sadıqovanın sözlərinə görə sürücü xəsarət alan sərnişinlərə nəinki yardım göstərib, avtobusu belə saxlamayıb:
"Qarşıdakılar onun qarşısına nəsə çıxdığı üçün əyləci basdığını söylədilər. Hər bir halda məsafə gözləməli idi. Heç olmaya sərnişinlərin yıxıldığını görüb avtobusu kənara verib saxlamalı və ilk tibbi yardımı göstərməli idi. Bunları etmədiyi üçün 102 qaynar xəttinə yığıb məlumat verdim və sonuncu dayanacağa polis əmədakdaşlarının gəlmələrini istədim.
Ayağımda kəskin ağrılar olduğu üçün təcili tibbi yardıma zəng vurdum. Sonuncu dayanacağda ayağımı sürüyə - sürüyə avtobusdan düşdüm. Sürücü yenə də heç nə olmamış kimi öz yoluna davam etdi. Təcili yardım məni Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna apardı. Rentgen müayinəsindən keçdim, şükür ki, sınıq aşkarlanmadı. Amma ayağım əzilmişdi və sarğı sarıdıqdan sonra evə qayıtdım. Rayon polis bölməsinin əməkdaşları evdə izahatımı aldı. Hadisədən asılı olmayaraq sürücünün bu laqeydliyi və üstəlik "əcəb etmişəm" deməsi onlara verilən arxayınçılığın nümunəsi deyilmi?"
Jurnalist başağrısı və ürəkbulanması olduğu üçün bu gün müayinəyə gedəcəyini də qeyd edib. Qeyd edək ki, M8 Maştağa - Gənclik metrostansiyası istiqamətində hərəkət edir.
Aviaşirkət rəhbəri kerosinin bahalaşmasını arzulayır
Süni intellekt dövlət qurumunun saytını sındırdı, 3 ay sonra xəbər tutdular
Ərəb şeyxi lüks otelin pulunu ödəməyib qaçdı – 1 MİLYONLUQ İDDİA - FOTO
Deputat qarpız satıcısı ilə insidenti danışdı: “Bıçağı çənəmin altında saxladı”
Laçında traktor minaya düşüb
Yardımlıda polisdən ƏMƏLİYYAT - VİDEO
Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı
Sumqayıtda sürücüləri silkələyən yol: Maşınlar hoppana-hoppana keçir - VİDEO
Abşeronda avtomobil su kanalına düşdü - VİDEO - YENİLƏNİB
Maşınları görə-görə yolayrıcına girən skuter sürücüsü təhlükə saçdı - VİDEO
Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınından rüşvət tələb edilib - ŞİKAYƏT












