Sürücülər yolun ortasında “Qaydasız döyüş”ə çıxdı - VİDEO

Əsəblərini cilovlaya bilməyən sürücü digər avtomobilin sahibi ilə əlbəyaxa olub.
Dağıstanın paytaxt küçələrindən birində baş verən qeyri-adi hadisə sosial medianın gündəmində yer alıb.
Avtosfer.az xəbər verir ki, həvəskarın çəkdiyi görüntülərin başlanğıc hissəsi qeydə alınmasa da hadisə şahidləri olayın necə “kick boks” meydançasına çevrildiyini vurğulayıblar. Aqressiyasına uduzan “əsəbi sürücü” maşınına yol verməyən digər sürücünü “ring”ə çağırıb. Daha sonra bununla da ürəyi soyumayan sürücü soyunaraq yolun ortasında şou göstərməyə başlayıb. Hətta aranı sakitləşdirməyə gələn şəxsə də şiddət göstərərək “döyüşməyə” davam edib. Sakitləşməyən “qəhrəman” sonda polislərin hadisə yerinə cəlb olunmasıyla əməlinə son verib. Dindirilmə zamanı qarşıdakının onu “cindən-dondan çıxartdığını” və davranışının qarşıdakına layiq hərəkət olduğunu qeyd edib.
Nəticədə onun sürücülük vəsiqəsi bir aylıq əlindən alınıb və maşını müsadirə olunaraq cərimələnib.
Nərmin Əkbər
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












