Sürücüylə xanım sərnişin arasında qalmaqal - “10 manatı cıraram, amma sənə vermərəm..” - VİDEO

İstədiyi ünvana çatdı, amma sürücünün pulunu vermədi.
Avtosfer.az xəbər verir ki, qalmaqallı hadisənin görüntüləri Qarayev ərazisində qeydə alınıb. Sosial şəbəkə istifadəçilərinin qınaq obyektinə çevrilən videodan da bəlli olduğu kimi mübahisə taksi sürücüsü ilə sərnişin arasında yaranıb. Belə ki, qeyd etdiyi ünvana çatan sərnişin sürücünün 10 manat ödəməli olduğu dediyi zaman pulun çox olduğunu dilə gətirərək bu məbləği ona verməyəcəyini bildirib. Sürücünün sözlərinə görə o, xanım sərnişini Sumqayıtdan Qarayevə qədər gətirib və taksi nə qədər yazıbsa onu müştəriyə qeyd edib. Cavabında iradını bildirən qadın isə sürücüyə məbləği öncədən deməli olduğunu söyləyərək “mən qadınam, yeri gəlsə 5 manata da aparmalısan. Məsələ o pulda deyil, etdiyiniz hərəkətdədir. 10 manatı gözünün önündə cıraram, amma sənə vermərəm” deyə israrla fikrindən dönməyib. Əsəbləşən sürücü isə onunla söz savaşına girmək istəmədiyini bildirərək “Atanın hambalı yoxdur. Səninlə söhbət etməyəcəm. Ağsaqqalını de, onunla danışım” deyə cavab verib.
Qeyd edək ki, uzun sürən mübahisənin sonunda qadın pulu vermədən hadisə yerini tərk edib.
Nərmin
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












