Tarixi abidə ətrafında qanunsuz QAZINTI: Xəzinə axtarırlarmış

İyunun 18-dən 19-na keçən gecə Şəkinin Orta Zəyzid kəndinin ərazisində yerləşən tarixi Alban abidəsi ətrafında bir qrup naməlum şəxs tərəfindən qanunsuz qazıntı işləri aparılıb.
Avtosfer.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib. O qeyd edib ki, sözügedən qanunsuzluğu Dövlət Xidmətinin regional əməkdaşları aşkar edib, yerindəcə məsələni aktlaşdırıb və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Sektor müdiri vurğulayıb ki, qazıntı işlərinin aparılmasına dair bir neçə ehtimal var: “Bir neçə ehtimal ola bilər, amma hələlik ilkin ehtimallara görə, bir qrup şəxs xəzinə axtarışına çıxıb və qazıntı da məhz buna görə aparılıb”. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı Şəki Rayon Polis Şöbəsinə məlumat daxil olub. “Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Hazırda araşdırma aparılır”, - DİN rəsmisi vurğulayıb.
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO










