Tələbə avtomobildən 50 minlik saat oğurladı, hoteldə əyləndi, hava limanında saxlanıldı - FOTO

Bakıda çimərlikdə dostunun “Mercedes Benz S 63 AMG” markalı, AZ 10-BD-100 dövlət qeydiyyat nişanlı avtomobilindən 50 min manata yaxın qiyməti olan saatı oğurlayan şəxs Heydər Əliyev adına Hava Limanında saxlanılıb.
Hadisə Nardaran yolu, dənizkənarı ərazidə yerləşən ictimai çimərliklərin birində baş verib.
Belə ki, 1 avqust 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin qiyabi şöbəsinin 4-cü kurs tələbəsi Elvin Mətləbov (soyad-şərti) dostu Kənana məxsus avtomobildən 2 iyun 2022-ci il tarixdə dəyəri 47600 manat olan, İsveçrə istehsalı, orijinal qol saatını oğurlayıb.
Elvin saatı 23000 min dollara bahalı, orijinal qol saatlarının satışı ilə məşğul olan Samir adlı şəxsə satıb. O, Samiri inandırıb ki, saat özünündür və ailəsindən gizlin bunu satır.
Daha sonra Elvin əldə etdiyi pulla hotellərdən birində nömrə götürərək qalıb, orada restoranda qonaqlıq da verib. Qalan pulla baş bir hoteldə nömrə götürüb, orada da qonaqlıq verib, bahalı “Range Rover” markalı maşın icarəyə götürərək sürüb.
Daha sonra Kənanın atası Elvinə zəng edərək ona saatın qaytarılması üçün bir gün vaxt verdiyini deyib.
Elvin də dərhal Günel adlı tanışı ilə İstanbula bilet alaraq Heydər Əliyev adına Hava Limanına yollanıb. Lakin sərhəd-buraxılış məntəqəsindən keçə bilməyib. Polis tərəfindən sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Məhkəmənin qərarı ilə Elvin Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 14 ay ona təyin edilmiş azadlığın cəzadan çıxılıb və üzərində qəti olaraq 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. (qaynarinfo)
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












