Tərtərdəki qətlin TƏFƏRRÜATI: arvadını evində çalışan bənnaya qısqandı və... - YENİLƏNİB

Tərtərdə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
32 yaşlı Namiq Allahverdiyev 44 yaşlı Asəf Məmmədovun evində bənna kimi çalışıb.
Asəf Məmmədov həyat yoldaşı 42 yaşlı Gülnar Məmmədovanı və Namiq Allahverdiyevi evində öldürüb.
Asəf Məmmədov ilkin dindirmə zamanı evində həyat yoldaşının xəyanətinin şahidi olduğunu və hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.(apa)
***
Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan Avtosfer.az-a verilən xəbərə görə, Tərtər rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Manşet.az-ın əldə etdiyi məlumata görə, əri tərəfindən qətlə yetirilən Məmmədova Gülnar Etibar qızı Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsində baş məsləhətçi kimi çalışırmış.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












