“Tesla” avtomobili dünyanın ən nüfuzlu qadınlarından birini öldürdü - Təfərrüatlar

“Foremost Group” gəmiçilik şirkətinin rəhbəri və planetin ən güclü iş qadınlarından biri Angela Çao Texasda gölməçəyə düşərək vəfat edib.
Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, Angela Çao “Tesla Model X”i idarə edərkən ölümcül səhvə yol verib. O, su hövzəsinə düşərək avtomobilindən çıxa bilmədiyi üçün dünyasını dəyişib.
Qadın fevralın 11-də dünyasını dəyişsə də, ailənin həmin vaxt verdiyi açıqlamada onun ölümü ilə bağlı təfərrüatlar açıqlanmayıb. Hüquq mühafizə orqanları isə istintaq davam etdiyi üçün əlavə məlumat verməyiblər. Bununla belə, məşhur “Wall Street Journal”ı Texas fövqəladə hallardan alınan sənədlərə istinadən faciənin təfərrüatlarını dərc edib.
KİV-in məlumatına görə, Angela Çao Çin Yeni ilini qeyd etmək üçün dostlarını Texasdakı bağ evinə dəvət edib. Fevralın 11-də, axşam saatlarında Angela Çao cəmi 4 dəqiqəlik məsafədə yerləşən bağ evinə, soyuq hava olduğu üçün avtomobillə getmək istəyib. Avtomobilə əyləşdikdən bir neçə dəqiqə sonra Angela rəfiqələrinə zəng edərək təşviş içində, avtomobili irəli getmək əvəzinə səhvən arxaya qoyduğunu bildirib. Nəticədə avtomobil bənddən aşıb və fermada yerləşən gölməçəyə düşüb.
Sonrakı bir neçə saat ərzində dostları, ferma müdiri və onun həyat yoldaşı, daha sonra tibb işçiləri, yanğınsöndürənlər və polislər ətrafa qaçaraq pəncərələri sındırmağa, qaçış lyukunu açmağa və Angelanı maşından çıxarmaq üçün başqa yol tapmağa çalışıblar. Bunu bacarsalar da, qadın suda çox qaldığından, həkimlər onu həyata qaytara bilməyiblər.
Bütün detallara baxış keçirən ekspertlər sürücünün suya batan avtomobildən çıxması üçün təxminən bir dəqiqə vaxtının olduğunu bildiriblər. Qeyd edək ki, nəqliyyat vasitələri mexaniki olduqda, sürücü çıxmaq üçün pəncərəni aça bilər. Huşun aydın olması lazım gəldiyindən, bu cür fövqəladə hallarda bu, olduqca çətin olur. “Tesla Model X” kimi daha yeni model avtomobillərdə, suyun səviyyəsi çox yüksəlməzdən əvvəl sürücünün pəncərəni aşağı salmaq üçün düyməni basmağa cəmi bir neçə saniyəsi olur. Bundan sonra xilas olmağın yeganə yolu şüşəni sındırmaqdır. Bundan əlavə, “Tesla”da istifadə olunan laminatlı temperli şüşəni suyun altında sındırmaq demək olar ki, mümkün deyil.
Qeyd edək ki, “Foremost Group” gəmiçilik şirkətinin rəhbəri Angela Çao Çin-Amerika əsillidir. O, 1973-cü ilin martında Nyu-Yorkun Syosset şəhərində anadan olub. Karyerasının bir dönəmində Angela, Çin Bankının idarə heyətinin üzvü, Çin Xarici Ticarət Şurasının sədr müavini və Çin Dövlət Gəmiqayırma Korporasiyasının direktoru olub. O, həm də Xarici Əlaqələr Şurasının üzvü, Asiya Amerika Fondunun təsisçilərindən biri və həmin fondun təhsil komitəsinin həmsədri olub.
Xatırladaq ki, ötən il də Çində bir qadın “Tesla”nı “Model 3”də əyləclərin nasaz olmasında günahlandırdı. O, elektrik avtomobilinin əyləclərinin nasazlığına etiraz edərək, Şanxayda avtomobil salonunda “Tesla” stendinin üzərinə çıxıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












