"Tiktok"da "polislər məndən xahiş edir" deyən gənc tutuldu

Narkotikin təsiri altında canlı yayım açaraq izləyicilərini aldadan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, bir neçə gün öncə “TikTok” sosial şəbəkəsində gənc oğlanın canlı yayım açaraq dostuna “polis məndən xahiş edir ki, bizim ərazimizdə “dvijeniya” etməyin” sözlərini dediyini əks etdirən videogörüntü yayılmışdı.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə həmin şəxsin Abşeron rayon sakini 19 yaşlı Tural Salmanov olması müəyyən edilmiş və o, saxlanılıb. T.Salmanov həmin ifadələri narkotikin təsiri altında izləyicilərinin marağını cəlb etmək məqsədilə işlətdiyini etiraf edib. O, bu hərəkətindən peşman olduğunu bildirərək üzr istəyib.
T.Salmanovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarında narkotik vasitə də aşkar olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.Salmanov 45 gün müddətə inzibati qaydada həbs edilib.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












