“Titanik” filmindəki məşhur pozanı təkrarlamaq istədilər: Oğlan öldü, qız yaralandı

Türkiyədə “Titanik” filmindəki məşhur pozanı təkrarlayan cütlüyün biri həyatını itirib.
Avtosfer.az xəbər verir ki, hadisə Kocaeli vilayətinin İzmit şəhərindəki “Marina İskelesi”ndə baş verib. Belə ki, balıq tutmaq üçün dəniz sahilinə gələn 23 yaşlı Furkan Çiftçi və yaşıdı olan sevgilisi Mine D. suya yıxılıblar. Bu zaman ətrafdakılar dənizdə çırpınan gəncləri görüb, onlara tilov uzadıblar. Qız tilovdan tutaraq sahilə çıxa bilib, lakin oğlan gözdən itib. Xilasedicilərin saat yarım davam edən axtarışları nəticəsində gəncin meyiti aşkar edilib. Xəstəxanaya çatdırılan Mine D. ifadə verərək bildirib ki, sevgilisi ilə spirtli içki qəbul etdikdən sonra sahildəki zəncirlərin arxasına keçərək “Titanik pozası” vermək istəyiblər. Bu zaman müvazinətlərini itirərək dənizə yıxılıblar. Faktla bağlı araşdırma başladılıb.
Mənbə: Haber Global
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












