Tovuzda müdiri iş otağında bıçaqladılar - VİDEO

Tovuzda qadına kəsici alətlə xəsarət yetirilib. Hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Xəsarət alan şəxsin kənddəki körpələr evinin müdiri 43 yaşlı Şəlalə Abdullayeva olduğu bildirilir. Avtosfer.az xəbər verir ki, ilkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəsici alətlə xəsarət yetirib. Qadına dərhal tibbi yardım göstərilib və vəziyyətinin normal olduğu bildirilir.
Zərərçəkənin anasının sözlərinə görə, bu hadisə artıq bir neçə dəfə təkrarlanıb:
“Bundan əvvəl də 2-3 dəfə bıçaqla gəlib qızımı öldürmək istəyib. Qızım polisə müraciət etməmişdi, gərək edəydi. Oğlan narkomandır. Rəsmi şəkildə ayrılıblar”.
Hadisə müdirin iş otağında baş verib. Kollektivdən bildirilib ki, Şəlalə Abdullayevanın keçmiş həyat yoldaşı Elşən Bağırov onun iş otağına girib, bir müddətdən sonra ona xəsarət yetirib.
Qadına kollektiv tərəfindən yardım göstərilib: “Bir neçə gündür zəng edərək “səni öldürəcəyəm” deyirdi. Bu dəfə əlində bıçaqla gəldi ki, sən yaşamayacaqsan. Hadisə uşaqların gözü qarşısında baş verdi”.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












