Tovuzda qumar oyunu “Tik-tok”da canlı yayımlandı: 3 min manat cərimə edildi

Tovuz rayonunda qumar oynayan şəxs inzibati məsuliyyətə cəlb edilib. Avtosfer.az "Teleqraf"a istinadənməlumatına görə, Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Vaqif Vəliyev (ad-soyad şərti verilib – red.) Tovuz rayonunun Aşağı Öysüzlü kəndində həmkəndliləri, eyni zamanda qohumluq münasibətlərində olduğu iki nəfərlə birlikdə pul qazancı müqabilində qumar oyununda iştirak edib. O, yəni kartla qumar oynayıb.
İş üzrə inzibati məsuliyyətə cəlb olunan Vəliyevin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir.
Bildirib ki, qohumluq münasibətlərində olan Nərimanın övladının kiçik toy məclisindən həmkəndliləri və qohumluq münasibətlərində olduğu – Aydın və Elmar ilə birlikdə məclisin keçirilməsi ilə əlaqədar işlərə kömək etmək məqsədi onun evində olublar: “Həmin gün, gecə saatlarında Aydın və Elmar ilə birlikdə pul qazancı əldə etmək məqsədilə kart oyunu oynadıq. Həmin vaxtı ev sahibi Nəriman “Tik-tok” sosial şəbəkəsində canlı yayım açaraq qumar oyunu efirə verdi. Daha sonra 3 nəfər polis əməkdaşı evə gələrək qumar oyununu aşkar etdi”.
Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.
Tovuz Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 3 min manat miqdarında cərimə olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












