Türkiyədə 20 nəfərin ölməsi ilə nəticələnən qəzaya səbəb olan sürücülər həbs edilib

Avqustun 20-də Türkiyənin Mardin vilayətinin Derik rayonunda biri polis əməkdaşı olmaqla, 20 nəfərin ölməsi ilə nəticələnən avtomobil qəzasına səbəb olan hər iki qoşqulu yük maşınının sürücüsü həbs edilib.
Avtosfer.az xəbər verir ki, hər iki sürücü verdikləri ifadələrində bölgəyə aparan yolda yoxuşu enərkən əyləclərinin işləmədiyini bildiriblər.
Sürücülər aparılan məhkəmə prosesi nəticəsində “ehtiyatsızlıqdan birdən çox insanın ölümünə və yaralanmasına səbəb olmaq” maddəsi ilə həbs edilib. Qəza zamanı yaralanan sürücülərin müalicəsi ölkənin Diyarbəkir vilayətində davam edir.
Avqustun 22-də Türkiyədə daha bir neçə avtomobil qəzası baş verib. Belə ki, Muğlanın Seydikemer rayonunda arı pətəkləri ilə dolu yük maşınının və minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Daha bir nəqliyyat hadisəsi Bursada meydana gəlib. Burada qəzaya uğrayaraq yol kənarında dayanan furqona çırpılan bələdiyyə avtobusu dərəyə aşıb. Hadisə nəticəsində 21 nəfər yaralanıb.
Digər yol-nəqliyyat hadisəsi isə Amasyada baş verib. Amasyada kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.
Yaralılar bölgədəki xəstəxanalara çatdırıb.
AZƏRTAC
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












