Türkiyədə yaşayan qızını görmək üçün sərhədi qanunsuz keçmək istəyən qadına cəza verilib

Qanunsuz yolla Gürcüstana keçmək istəyən Şabran rayon sakini Gül Əkbərova Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, saxlanılan şəxs Balakən rayonunun Poştbinə kəndi ərazisindəki çayı keçərək Gürcüstan istiqamətində irəliləyib.
Sərhədçilər tərəfindən saxlanildiqdan sonra Gül Əkbərova barəsində Cinayət Məcəlləsinin 29 318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Təqsirləndirilən şəxs məhkədə verdiyi ifadəsində Türkiyəyə gedib, orada yaşayan qızını görmək üçün sərhədi pozduğunu deyib:
"14 yaşlı qızım atası ilə birgə Türkiyədə yaşayır. Təyyarə ilə getməyə imkanım olmadığı üçün, quru sərhədlər bağlanandan bu günə qədər qızımı görməmişəm. Əvvəl Gürcüstana, oradan da Türkiyəyə getmək istəyirdim. Meşənin içərisinə girib təxmini istiqamət götürdüm, Gürcüstan sərhədinə doğru getdim. Meşədə bir qədər gedəndən sonra sərhəd çəpəri vardı. Onu aşıb Gürcüstana keçə biləcəyimi düşündüm. Bu zaman “Dayan!” qışqırığını eşidib dayandım...”
Səbail Rayon Məhkəməsinin qərarı ilə Gül Əkbərova verilmiş ittihamla təqsirli bilinərək, 750 manat cərimə cəzasına məhkum edilib.
Aviaşirkət rəhbəri kerosinin bahalaşmasını arzulayır
Süni intellekt dövlət qurumunun saytını sındırdı, 3 ay sonra xəbər tutdular
Ərəb şeyxi lüks otelin pulunu ödəməyib qaçdı – 1 MİLYONLUQ İDDİA - FOTO
Deputat qarpız satıcısı ilə insidenti danışdı: “Bıçağı çənəmin altında saxladı”
Laçında traktor minaya düşüb
Yardımlıda polisdən ƏMƏLİYYAT - VİDEO
Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı
Sumqayıtda sürücüləri silkələyən yol: Maşınlar hoppana-hoppana keçir - VİDEO
Abşeronda avtomobil su kanalına düşdü - VİDEO - YENİLƏNİB
Maşınları görə-görə yolayrıcına girən skuter sürücüsü təhlükə saçdı - VİDEO
Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınından rüşvət tələb edilib - ŞİKAYƏT











