Üç yaşlı qız tapdığı tapança ilə bacısını güllələdi

ABŞ-ın Texas ştatından olan üç yaşlı qız valideynlərinin şənliyi zamanı təsadüfən dörd yaşlı bacısını güllələyib.
Uşaq Hyustonda ölüb. Şerif Ed Qonsalesin sözlərinə görə, bir neçə dost və qohum mənzildə kiçik ziyafət təşkil ediblər. Böyüklərin hər biri digərinin onlara baxdığını düşündüyündən, nə vaxtsa yataq otağında uşaqlar özbaşına qalıblar. Tezliklə atəş səsi eşidilib.
Məlum olub ki, üç yaşlı qız otaqdakı əşyaların arasından dolu yarı avtomat tapança tapıb və oyun zamanı bacısını güllələyib. Otağa qaçan böyüklər uşağı yerdə huşsuz vəziyyətdə tapıblar. O, tezliklə ölüb.
Qonsales hadisəni faciəli, lakin “qarşısı tamamilə alına bilən hadisə” adlandırıb. Yüksək rütbəli polis zabiti həmçinin bildirib ki, çox güman ki, silahın təhlükəsizliyini təmin edə bilməyən sahibinə qarşı ittiham irəli sürüləcək.
“Everytown Research & Policy” qeyri-kommersiya təşkilatının araşdırmasına istinadən verilən məlumata görə, 2015-2020-ci illər arasında ABŞ-da 18 yaşdan kiçik uşaqlar tərəfindən təsadüfən odlu silahdan istifadə edilən 2070 hadisə baş verib. Onlar 765 nəfəri öldürüb, 1366 nəfəri yaralayıb. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












