Üçüncü arvadını da öldürdü - Tükürpədən QƏTL

Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Hadisə dekabrın 30-da Manisa vilayətində olub. 58 yaşlı Necati Akpınar arvadı 48 yaşlı Mutlu Menekşeni öldürərək evinin həyətində basdırıb.
Məlumat daxil olandan sonra polis əməkdaşları N. Akpınarı saxlayıb və araşdırmalar başlayıb. Məlum olub ki, N. Akpınar bundan əvvəl 2 arvadını da öldürüb. Menekşedən əvvəlki arvadına isə çoxlu işgəncə verib. Həmin qadın ərindən qurtularaq, qadın sığınacağına üz tutub.

Necati Akpınar
Yerli mediada yer alan xəbərə görə, kişi dini kəbinli arvadını öldürdükdən sonra onu basdırmaq üçün meyiti maşına qoyaraq yer axtarıb. Ancaq yer tapmayıb və öz həyətində basdırıb. Polis və prokurorluq əməkdaşları tərəfindən meyit basdırıldığı yerdən çıxarılıb və müayinə üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.
N. Akpınar ifadəsində, arvadını öldürmədiyini deyib. Onun sözlərinə görə, arvadı evdə qəflətən ölüb və günahkar özü olmasın deyə qadının meyiti basdıraraq, iz itirməyə çalışıb.

Mutlu Menekşe
Ancaq onun ifadəsi inandırıcı olmayıb və N. Akpınar həbsxanaya yerləşdirilib. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












