Ukraynada həlak olan azərbaycanlı döyüşçünün xanımı DANIŞDI - VİDEO - FOTO

Ukrayna-Rusiya savaşında həlak olan Sabir Qəzənfərov dünən dəfn olunub.
Bu barədə danışan jurnalist İdrak Camalbəyli bildirib ki, Kiyevdə Ukraynanın müdafiəsi uğrunda həlak olan azərbaycanlı ilə vida mərasimi keçirilib.
"Mərasimdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun nümayəndələri, Ukrayna Azərbaycanlıları Radasının bir neçə deputatı, Krım tatarlarının liderlərindən biri Rüfət Çibarov, Sabirin döyüş yoldaşları, orada yaşayan həmyerlilərimiz və xanımı iştirak edib. Əsas təşkilatçı isə hazırda Ukrayna cəbhəsində döyüşən Vidadi İsrafilov idi. Cənazənin gətirilməsini, vida və dəfn mərasimlərini təşkil edən həmin şəxsdir.

Sabir Qəzənfərov könüllü döyüşçü olub. O, Baxmut istiqamətində Rusiya hərbçiləri ilə döyüşlərdə qəhrəmancasına həlak olub. Onun həyat yoldaşı da Ukrayna uğrunda savaşda döyüşür".
Mərhum azərbaycanlının xanımı Katyanın sözlərinə görə, o, Sabirlə birgə müharibənin ilk günlərindən bu prosesə qoşulub:
"Həyat yoldaşım Sabir Qəzənfərov könüllü dəstələrə qoşulub, Ramansk körpüsündə Rusiya ordusunun əsgərlərinin atəşə tutduğu uşaqları, qocaları, qadınları ölümdən xilas edib. Bundan əlavə, Buçada yaşanan faciədə insanlara yardım edib".
Katya onu da əlavə etdi ki, 5 ildir evli olduğu Sabir Özbəkistanda doğulan azərbaycanlıdır:
"O, valideynlərini 10 yaşında itirib. Sabir Ukrayna Silahlı Qüvvələrində xidmət edirdi. O, maşında yoldaşları ilə birlikdə döyüş tapşırığını yerinə yetirməyə gedərkən, Yeroslav adlı əsgərlə bir yerdə həlak olub. Üç nəfər isə yaralanıb. Mən də Ukrayna Silahlı Qüvvələrində həkim kimi xidmət edirəm".
Qeyd edək ki, son 8 ayda Ukrayna uğrunda (döyüş şəraitində) həyatını itirən həmyerlilərimizin sayı 30-a yaxındır.

Ukraynada həlak olan azərbaycanlı Sabir Qəzənfərovun vida və dəfn mərasimi keçirildi.
Lent.az
Gəncədə yük maşını yanıb kül oldu - FOTOLAR
Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO
Yatan sürücünü oyatmaq üçün polis, təcili yardım və yanğınsöndürənlər gəldi - VİDEO
Təmirə bağlanan yolda qəza; sürücü avtomobili betona çırpdı - VİDEO
Polis əməliyyat keçirdi - 153 nəfər saxlanıldı
Aydan "gətirdiyi" daşları satan saxta astronavt həbs edildi
Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı - VİDEO
Marşrut avtobusu ilə “Jek” işçisini vurub öldürdü
Abşeronda axtarışda olan 17 nəfər saxlanıldı, xuliqanlıq edən 8 sürücü tutuldu - FOTO - VİDEO
Bakıda cərimə üstündə DAVA: qonşusunu öldürdü - TƏFƏRRÜATLAR
Polis əməliyyat keçirdi: İnsanları zəhərləyənlər saxlanıldı - VİDEO








