Ukraynada yaralanan azərbaycanlı sürücü ilə bağlı XƏBƏR VAR - FOTO

Ukraynada yaralanan sürücümüz Samir Tahirovun səhhəti ilə bağlı məlumat verilib.
Avtosfer.az xəbər verir ki, onun səhhətində artıq irəliləyiş müşahidə olunur. S.Tahirov 28 fevral tarixində Ukraynanın Xarkov şəhərində baş verən toqquşmalar zamanı ağır güllə yarası alıb. Xarkov şəhər Balakleyskaya Klinik Xəstəxanasına yerləşdirilib. O iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır kimi qiymətləndirilib. 18 mart 2022-ci il tarixində humanitar koridordan yararlanaraq S.Tahirov xüsusi təcili tibbi yardım avtomobili ilə Moldova Respublikasına təxliyyə edilib. Kişinyov şəhərindəki xəstəxanalardan birinə yerləşdilən Samir əlavə iki cərrahi əməliyyat keçirib. Həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, Samir Tahirov 01.04.2022-ci il tarixində təcili tibbi yardım təyyarəsi ilə Türkiyə Respublikasının Ankara şəhərinə nəql edilib. Yaralı sürücümüz Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib və hazırda orada müalicəsini davam etdirir. Qeyd edək ki, sürücü S.Tahirovun Türkiyə Respublikasına nəqli və müalicəsi avtomobil daşıyıcılarının ictimai birliyi olan Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyası (ABADA) tərəfindən qarşılanıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












