Usta avtoservisdən “BMW X5”in farasını oğurladı

Bakıda məşhur avtoservisdən oğurluq edən şəxs hakim qarşına çıxarılıb.
Avtosfer.az xəbər verir ki, hadisəni törədən Arif ifadəsində bildirib ki, uzun müddət Bakı şəhəri, Nizami rayonunda yerləşən avtoservisdə dəmirçi kimi işləyib. Hadisədən 3 ay əvvəl şəxsi işləri ilə əlaqədar işdən ayrılıb. İşsiz olduğundan narkotik və digər ehtiyaclarını ödəmək üçün keçmiş iş yerindən oğurluq etmək fikrinə düşüb.
2022-ci il avqustun 9-da gecə saatlarında yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yerləşən evdən çıxaraq piyada avtoservisin yaxınlığına gəlib, saat 02 radələrində pəncərənin barmaqlıqlarının arasından keçərək ora daxil olub. O, sexdə sökülərək yerə qoyulmuş Taleh Nəzərliyə məxsus 2020-ci il istehsalı olan “BMW X5” markalı avtomobilə aid bir ədəd 2500 manat dəyərində olan sağ ön faranı oğurlayıb. Arif həmin detalı Nizami rayonunda yerləşən “Maşın bazarı” adlanan yerdə 300 manata satıb.
Məhkəmənin qərarı ilə Arifin 26 avqust 2022-ci il tarixdən 24 yanvar 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 4 ay 28 gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 il 2 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. (Qaynarinfo.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












