Salyanda bıçaqlanaraq öldürülən kişinin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Salyanda bıçaqla qətlə yetirilən kişinin şəxsiyyəti məlum olub.
"Report"un məlumatına görə, bu təxminən 40-45 yaşlı Məmmədov Etibar Qüdrət oğludur.
Mərhuma 5-6 bıçaq zərbəsinin vurulduğu bildirilir.
Şahidlərin sözlərinə görə, bıçaqla qətlə yetirildikdən sonra izi itirmək məqsədilə meyit Xocalı kənd sakinlərdən birinin həyət darvazasının qarşısına atılıb. Ev sahibi darvazanı açıb çölə çıxan zaman meyiti görüb və dərhal aidiyyəti qurumlara məlumat verilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirildikdən sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə göndərilib.
Hazırda qətlə yetirilən şəxsin yaşadığı ünvan istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
18 noyabr 23:10
Noyabrın 18-də axşam saatlarında Salyan rayonu Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan 60-65 yaşlı naməlum kişi meyiti tapılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO












