Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara partladı, yaralananlar var - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılması, iki nəfərin xəsarət alması barədə məlumat yayıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alması ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus “VAZ 2107” markalı avtomobildə olan zaman B. Qarayevin əlindəki qumbara partlayıb. Hazırda B. Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.
Hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb.
Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər-1972-ci il təvəllüdlü Heydərov Nəsib Yusif oğlu və 1990-cı il təvəllüdlü Qarayev Binnət Həsən oğlu xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib. Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.
Hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb. Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. (apa)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













