Vəzifəli şəxsləri şantaj edən "reket jurnalist"lə bağlı QƏRAR

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Asim Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, "Saatlı TV" kanalı və "TikTok"da "13Asim13" adlı profilin sahibi olmuş Asim Əliyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
O, barələrində neqativ məlumatları yuxarıda qeyd olunan sosial şəbəkə hesabı və kanalda yayacağı hədəsi ilə vəzifəli şəxslərdən müxtəlif məbləğlərdə pul tələb edib.
İttihama görə, Asim Əliyev Saatlı rayonu, Varxan kənd bələdiyyəsinin sədri, Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, şirkətlərdən birinin baş mühasibi, Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbin direktoru, Saatlı rayon idarələrindən birinin rəisi, Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktor müavininə özünü azad jurnalist kimi təqdim edərək onlardan hədə-qorxu ilə pul tələb edərək alıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü Asim Əliyev 6 il 6 ay müddətə azadlıqdan məhrum olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












