Xaçmazda üç gənc qadın itkin düşdü - FOTO

Xaçmazda üç gənc qadın itkin düşüb.
DİN-dən verilən məlumata görə, Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Kamilə Kərimova dekabrın 5-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.
K.Kərimovanın boyu 149 santimetrdir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qırmızı rəngli gödəkçə, göy cins şalvar və qəhvəyi rəngdə idman ayaqqabısı olub.
Bundan başqa, rayon sakini, 2004-cü il təvəllüdlü Hürpəri Seyidova noyabr ayının 27-də yaşadığı evi tərk edərək, bir daha geri qayıtmayıb. H.Seyidovanın boyu165 santimetr, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qəhvəyi rəngdə don və ayağında qara rəngdə çəkmə olub.
Həmçinin, rayon sakini 1994-cü il təvəllüdlü Rüfanə Çələbiyeva da noyabr ayının 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. R.Çələbiyevanın boyu 156 santimetr, arıq bədən quruluşludur. Evdən gedərkən onun əynində qara köynək, qara şalvar olub.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan, görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ
Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR
Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi
“Toyota”nın keçmiş direktoru vəfat etdi
Uçuşda 24 nəfər yaralanmışdı - Pilot marixuana çəkibmiş - VİDEO
Rusiyada şarjda olan avtomobil alışıb yandı - VİDEO
Süni intellekt mütəxəssislərinin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Maşınla vurulan piyada xəstəxanada öldü - FOTO
Düzgün yüklənməyən yük maşını dik yoxuşda aşdı – VİDEO
Qadın sürücü saxta polis avtomobilində tutuldu
Tiktoker "Bəniz"in həyat yoldaşının cəsədi tapıldı - Türkiyədə













