Xaricdən avtomobil gətirtmək istəyən 23 nəfərin başına iş gəldi

Mayın 10-da Səbail Rayon Polis İdarəsinə "Kharabagh International Trade" MMC şirkəti ilə bağlı kütləvi şikayət daxil olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 23 nəfər həmin şirkətin əməkdaşları S. Eminov, M. Məmmədalızadə və N. Aslansoy tərəfindən aldadıldıqlarını bildiriblər.
Belə ki, vətəndaşlar şirkətin Murtuza Muxtarov küçəsində yerləşən ofisində Koreyadan avtomobil gətirtmək üçün MMC əməkdaşları ilə sövdələşdiklərini və ödəniş etdiklərini, lakin geridə qalan 2 il ərzində avtomobillərin gətirilməməsini, verdikləri pulların isə geri qaytarılmadığını qeyd ediblər.
Şikayətçilər "Kharabagh International Trade" MMC-yə ümumilikdə 100 min manat ödəniş etdiklərini bildiriblər. Belə ki, şikayətçilər arasında şirkətə 1500, 5000, 30 000 və digər məbləğlərdə pul verənlər var.
Müraciətlə bağlı araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












