Xırdalanda sahibsiz itlər iki nəfərə xəsarətlər yetiriblər - VİDEO

Abşeron rayonunda küçə itləri hazırlıqdan övladını gətirən qadına hücum edərək ona ağır xəsarətlər yetirib. Eyni ərazidə sürü halında gəzən sahibsiz itlər məktəbli uşağın ayağını da dişləyib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib. Hadisə yerində olan vətəndaşlar dərhal müdaxilə edərək onlara ilkin tibbi yardım göstəriblər. Yaralılar təcili şəkildə xəstəxanaya çatdırılıb və quduzluğa qarşı peyvənd olunublar.
Hadisə ilə bağlı ailələr ciddi narahatlıq içindədir və məsul qurumlardan kömək istəyirlər.
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlərin bir qismi parklardan, küçə və prospektlərdən yığılıb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Hazırda da bu işlər davam etdirilməkdədir. Bununla yanaşı, Abşeron rayonunda Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində də işlər aparılır.
Daha ətaraflı videomaterialda:
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı












