Yasamalda sakinlərlə MTK arasında lift QALMAQALI - "Caspian Service" qanunsuz cihaz quraşdırıb?

Bakı şəhəri, Yasamal rayonunun bir qrup sakini "Caspian Service" Mənzil Tikinti Kooperativindən şikayətçidir.
Avtosfer.az xəbər verir ki, oxu.az-a müraciət edən rayonun İlqar İsmayılov küçəsi 37 ünvanında yerləşən yaşayış binasının sakinləri bildiriblər ki, binada üç lift olmasına baxmayaraq yalnız ikisi işlədilir.
Sakinlər həmçinin qeyd ediblər ki, digər liftlərdən xüsusi kart vasitəsilə istifadə mümkündür:
"Binamızda 3 lift mövcud olmasına baxmayaraq, Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən yalnız iki lift işlədilir, digər bir lift isə heç bir texniki nasazlıq olmadığı halda qəsdən söndürülüb. İşləyən liftlərdə isə xüsusi elektron qurğu quraşdırılıb və yalnız kart vasitəsilə işləyirlər. Mənim və bir çox sakinin isə kartı isə müxtəlif bəhanələrlə əsassız olaraq bloklanıb.
Nəticədə mənzilimizə piyada qalxmaq məcburiyyətində qalırıq ki, bu da sağlamlığımız və həyatımız üçün ciddi risk yaradır.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Nazirlik əməkdaşları tərəfindən baxış keçirilib və liftə quraşdırılan məhdudlaşdırıcı qurğunun qanunsuz olduğu barədə akt tərtib edilərək onun sökülməsi tövsiyə edilib. Lakin buna baxmayaraq, bu günə qədər qanunsuz qurğu sökülməyib və problem aradan qaldırılmayıb".
Məsələ ilə bağlı sözügedən MTK-nın komendantı olan Rövşən adlı şəxs bildirib ki, bəzi sakinlər kommunal ödənişləri etmədiyi üçün kartlar deaktiv edilir:
"Liftlərdən birinin işləməmə səbəbi isə lifti hərəkətə gətirən trosda nasazlıq olmasıdır. Texniki nasazlıq var. Bu barədə vətəndaşlara məlumat verilib. Sakinlərin bir qismi kommunal ödənişləri zamanında ödəmədiyi üçün qurumlara borc yaranıb. Buna görə də liftdən istifadə kartları deaktiv edilir ki, sakinlər borclarını ödəsinlər.
Liftə quraşdırılan kartla işləmə mexanizminin ləğv edilməsi ilə bağlı FHN-dən bizə göstəriş verilməyib, baxış keçirilib, daha sonra isə bunun bizim daxili işimiz olduğu bildirilərək quraşdırmanı ləğv etməyimiz tövsiyə edilib".
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO












