Yasamalda yağış barmaqlığı oğurlandı - Sürücü qəzadan ... - VİDEO

Bakının Yasamal rayonunda motosiklet sürücüsü baş verə biləcək ağır yol-nəqliyyat hadisəsindən son anda yayınmağı bacarıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Fərman Salmanov küçəsində qeydə alınıb. Hərəkət zolağında yağış barmaqlığının olmaması motosikletlə hərəkət edən şəxsin həyatı üçün ciddi təhlükə yaradıb. Sürücü çevik manevr sayəsində faciəyə səbəb ola biləcək qəzadan yan keçə bilib. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, problemin yaranmasına səbəb ərazilərdə olan mövcud yağış barmaqlıqlarının oğurlanmasıdır.
"Sözügedən ərazidə mövcud problem artıq aradan qaldırılıb. Götürülən yağış barmaqlığı yenisi ilə əvəzlənib. Yasamalda yağış barmaqlığının oğurlanması FACİƏYƏ SƏBƏB OLA BİLƏRDİ: Sürücü son anda qəzadan yayınıb. Qeyd etmək istərdim ki, yağış barmaqlıqlarının oğurlanması ilk dəfə baş vermir və təəssüf ki, bu, yalnız həmin əraziyə xas problem deyil. Ümumilikdə Bakı şəhərində yağış barmaqlıqlarının tez-tez oğurlanması halları müşahidə olunur. Təəssüf ki, bu problemi tam aradan qaldırmaq hələ ki, mümkün deyil. Biz onları bağlaya bilmirik, çünki barmaqlıqların olmaması yağıntılı havalarda müəyyən risklər yarada bilər", - deyə A.Nəcəfli vurğulayıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












