Yeni doğulan körpəsini küçəyə atan ana saxlanıldı

Yeni doğulan körpənin asfaltın üstünə atılması ilə bağlı yanvarın 30-da Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsilə Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.
Keçirilmiş istintaq tədbirləri ilə üzərindəki barkodlar əsasında həmin torbaların Abşeron rayon sakini Rasim Qasımova məxsus olması, ekspertizalar nəticəsində isə mərhumun valideynlərinin Rasim Qasımov və Cəmilə Qasımova (ad və soyadlar şərtidir) olması müəyyən edilib.
Cəmilə Qasımova yanvarın 31-də şübhəli şəxs qismində tanınıb, ailə vəziyyəti və 4 azyaşlı uşağının olması nəzərə alınmaqla cəmiyyətdən tam təcrid edilməyərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
***
Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılan yenidoğulmuş körpənin anası tutulub.
DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yenidoğulmuş körpəni küçəyə atan şəxsin 1999-cu il təvəllüdlü T.Əkbərova olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, yenidoğulmuş uşaq ölü halda asfaltın üstündə tapılmışdı.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












