Yeni il günü sərxoş kişi təcili yardım işçilərinə və polisə problem yaratdı
Hadisə
3 Yanvar 2022 14:29

Füzuli Rayon Polis Şöbəsinə yanvarın 1-də saat 20 radələrində 8 saylı Qayıdış qəsəbə sakini S.Hüseynovun xəstə olan anası üçün çağırışa gəlmiş Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları həmin ünvana gələrək S.Hüseynovu intizama dəvət ediblər, lakin o, polis əməkdaşlarına tabesizlik göstərib.
S.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.
Oxunub : 1806
DİGƏR XƏBƏRLƏR
6 Sentyabr 2026 22:45
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
6 Sentyabr 2026 20:33
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
6 Sentyabr 2026 15:11
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
6 Sentyabr 2026 14:36
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
5 Sentyabr 2026 17:48
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
5 Sentyabr 2026 16:37
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
5 Sentyabr 2026 12:39
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
4 Sentyabr 2026 19:56
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
4 Sentyabr 2026 18:25
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
4 Sentyabr 2026 12:48
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
3 Sentyabr 2026 22:35
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
3 Sentyabr 2026 14:00
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
ŞƏRH YAZ










