Yerə doğru təhlükəli asteroid uçacaq

Diametri təxminən 400 metr, çəkisi 30 tondan çox olan olduqca təhlükəli asteroid Apofis 2029-cu ildə Ümumdünya Kosmonavtika Günündən sonra Yerə uçacaq. “Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu məlumat yayıb. Tədqiqatçıların proqnozlarına görə, Apofisin (qədim Misirin məhvetmə tanrısı Apofisin şərəfinə adlandırılıb-red) Yerə maksimum yaxınlaşma anı aprelin 13-nə təsadüf edəcək. Yaxınlaşma sürəti saniyədə 7,42 kilometr olacaq. Cismin Yer səthi ilə toqquşması zamanı ayrılan enerji 1 717 meqaton olacaq. Zəlzələnin gücü zərbə yerindən 10 kilometr radiusda rixter şkalası üzrə 6,5 bala, küləyin sürəti saniyədə azı 790 metr olacaq. Apofisin Yerlə ehtimal olunan toqquşmasında məhv olacağı proqnozlaşdırılır. Asteroid toqquşmasının 1961-ci ildə ən güclü sovet termonüvə bombasının partlayışından 30 dəfə güclü olacağı bildirilir.
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO












