Yevlaxda avtomobil su kanalına aşdı, ölən və yaralılar var - YENİLƏNİB

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.
İçərisində Bərdə rayon sakinlərinin olduğu "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq kanalın yaxınlığına aşıb.
Qəza nəticəsində 2007-ci il təvəllüdlü Şahlar Saxavət oğlu Fərzəliyev dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.
Qeyd edək ki, avtomobildə olanlardan birinin qəzanın baş verdiyi yerin yaxınlığında olan su kanalına düşdüyü ehtimal edilir. Buna görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax şəhərinin Kolanı kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












