Yevlaxdakı qətlin təfərrüatları məlum olub

Yevlaxdakı qətlin bəzi təfərrüatları məlum olub.
Rayonun Əkşəm kənd sakini, 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlu tanışları ilə birgə Mingəçevir şəhərində yerləşən çayxanaların birində olan zaman 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu ilə mübahisələri düşüb.
Daha sonra M.Orucov Əkşəm kəndinə, yaşadığı evə qayıdıb.
Ş.Bayramlı və daha 4 nəfər onunla birgə M.Orucovun yaşadığı evin önünə gedib və onlardan biri M.Orucovu çölə çağırıb. Bu zaman Ş.Bayramlı Mingəçevirdə yaşanan mübahsə zamanı onun ünvanına söyüş söydüyünü deyərək M.Orucova 1 bıçaq xəsarəti yetirib. Ürək nahiyəsindən ağır xəsarət alan M.Orucov xəstəxanaya aparlan zaman yolda dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən Ş.Bayramlı isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












