Zaqatalada mübahisə bıçaqlanma ilə bitdi - DETALLAR - YENİLƏNİB

Zaqatalada baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Mosul kəndində baş verib.
Kənd sakinləri olan 24 yaşlı Seymur Əsgərov və 30 yaşlı Rasim Əhmədov bir yerdə yeyib-içdikdən sonra dalaşıblar.
Onların arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı Seymur Əsgərov bıçaqla Rasim Əhmədova xəsarət yetirib.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Seymur Əsgərov saxlanılıb.
O, ilkin ifadəsində mübahisə zamanı Rasim Əhmədovun nalayiq ifadələr işlətdiyini və bu səbəbdən onu bıçaqladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Zaqatala rayonunda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, rayonun Mosul kəndində 2000-ci il təvəllüdlü Seymur Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1994-cü il təvəllüdlü Əhmədov Rasim Nurməhəmməd oğluna bıçaqla xəsarətlər yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB












