2025-ci ilin may ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Meteoroloqların fikrincə, may ayında Günəşdə çox sayda maqnit qasırğaları olacaq və onların təsiri Yerdə də hiss olunacaq.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Oxu.az "Focus.ua"ya istinadən xəbər verir.
Meteoroloqların sözlərinə görə, maqnit qasırğaları ayın əvvəlində, ortasında və sonunda müxtəlif intensivlikdə olacaq.
Beləliklə, 2025-ci ilin mayında maqnit qasırğaları hansı tarixlərdə gözlənilir?
5-7 mayda güclü, 2, 18-20, 28 mayda orta intensivlikdə, 10 və 21 may tarixlərində isə zəif maqnit qasırğası müşahidə ediləcək.
Maqnit qasırğaları - Günəş küləyinin kəskin zərbələrinə və təzyiqinə maqnitosferin verdiyi reaksiyadır. Yerin maqnit qalxanı Günəşin partlayışlar səbəbindən sadəcə olaraq titrəməyə və dalğalanmağa başlayır ki, bu da bütün Yerin sahəsinə və müvafiq olaraq da insanlara təsir edir. Bunlar bir neçə saatdan bir neçə günə qədər davam edir, intensivlikləri isə insanların sağlamlıq vəziyyətinə və əhvalına birbaşa təsir göstərir.
Maqnit qasırğalarının təsirini minimuma endirmək və güclü geomaqnit aktivliyi günlərini rahat keçirmək üçün aşağıdakılar tövsiyə olunur:
- yuxu rejiminə nəzarət etmək - tam şəkildə istirahət orqanizmə yüklənmələrin öhdəsindən gəlməyə kömək edəcək;
- daha çox su içmək - maddələr mübadiləsini normallaşdırmağa kömək edir;
- stresi məhdudlaşdırmaq - həddindən artıq gərginlikdən qaçının və istirahətə vaxt ayırın;
- alkoqol və kofeindən imtina edin - bunlar baş ağrılarını və təzyiq yüksəlməsini gücləndirə bilər;
- təmiz havada daha çox gəzmək - orta dərəcədə fiziki aktivlik vəziyyəti sabitləşdirməyə kömək edir.
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA












