Alimlər beynin sağlamlığı üçün ən təhlükəli peşəni açıqladı

Ekseter Universitetinin yeni araşdırmasına görə, Böyük Britaniyada polis əməkdaşları adi vətəndaşlarla müqayisədə iki dəfədən çox kəllə-beyin travması (KBT) alma riski ilə üzləşirlər. Bundan əlavə, xidmətdə travma alanlar kompleks posttravmatik stress pozuntusuna (PTSP) tutulma baxımından da ikiqat risk altındadır.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Head Trauma Rehabilitation" (JHTR) jurnalında dərc olunub.
Tədqiqatda Britaniya, Şotlandiya və Uelsdən 617 fəaliyyət göstərən polis əməkdaşı iştirak edib. Məlum olub ki, respondentlərin 38%-i ən azı bir dəfə KBT alıb - bu hallar əsasən huşun itməsi, şüur bulanıqlığı və yaddaş itkisi ilə müşayiət olunub. Müqayisə üçün qeyd edək ki, ümumi əhali arasında bu göstərici cəmi 12%-dir.
Xüsusilə narahatlıq doğuran məqam odur ki, KBT almış polis əməkdaşlarının 61%-i belə travmaları bir dəfədən çox yaşayıb. Xidmətdə bu cür travma alanların beşdə biri isə kompleks PTSP-nin inkişafı üçün uyğun meyarlara cavab verir - burada günahkarlıq hissi, emosiyaların idarəsində çətinlik və sosial münasibətlərdə pozulmalar qeyd olunur.
30 illik təcrübəyə malik sabiq polis əməkdaşı, hazırda Ekseter Universitetinin tədqiqatçısı olan professor Sten Gilmor bildirib:
"Hər gün stress, qarşıdurmalar və təhlükə şəraitində işləmək onsuz da ağırdır. Üstəlik, baş travması və PTSP riski əlavə edildikdə bu, gec partlayacaq bomba təsiri yaradır. Belə hallardan sonra polis əməkdaşlarının mütəmadi monitorinqə və uzunmüddətli dəstəyə ehtiyacı var".
Tədqiqatçılar onu da müəyyən ediblər ki, təkrar KBT halları gündəlik həyatda ciddi pozuntularla əlaqələndirilir: iş göstəricilərində zəifləmə, ailə münasibətlərində gərginlik və valideyn məsuliyyətinin yerinə yetirilməsində çətinliklər. Polis əməkdaşları daimi baş ağrılarından, yuxusuzluqdan və diqqət problemlerindən şikayət edirlər.
Araşdırmanın baş müəllifi doktor Nik Smit vurğulayıb:
"Hazırda bir çox polis əməkdaşı eyni anda həm beyin travmasının, həm də PTSP-nin fəsadları ilə mübarizə aparır. Onlar üçün idmançılarda beyin silkələnmələrinə tətbiq olunan protokolların analoqu – dəqiq diaqnostika və mərhələli şəkildə xidmətə qaytarılma – zəruridir".
Məqalə müəllifləri planlı tibbi müayinələrin tərkib hissəsi kimi KBT və PTSP-yə dair mütləq yoxlamaların aparılmasını və dərhal yardım sisteminin yaradılmasını təklif edirlər. Alimlərin fikrincə, diaqnostika və psixoloji dəstək ayrılmaz şəkildə təşkil olunmalıdır:
"Əgər bazar ertəsi testdən keçmədinsə, çərşənbə axşamı artıq yardım alırsan".
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO










