Alimlər Günəş sistemindən kənarda su tapıblar

Kioto Universitetinin yaponiyalı alimləri Ryuqu asteroidində duz minerallarının olduğuna dair sübutlar aşkar ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə araşdırma “Nature Astronomy” (NatAstro) elmi jurnalında dərc olunub.
Nəticələr göstərib ki, keçmişdə Ryuqunda duzlu su mövcud olub. Komanda 2020-ci ildə “Hayabusa2” zondunun topladığı nümunələri tədqiq edib. Nümunələr natrium karbonat, halit və natrium sulfatlardan ibarət olub. Bütün bu birləşmələr isə suyun iştirakı ilə əmələ gəlir.
Tədqiqatçılar Ryuqunun vaxtilə təxminən 4,5 milyard il əvvəl mövcud olan daha böyük göy cisminin bir hissəsi olduğunu irəli sürüblər.
Tədqiqat məqaləsinin həmmüəllifi Toru Matsumoto bildirib ki, duz mineralları məhdud maye tədarükü şəraitində əmələ gələ bilərdi, sonra buxarlanıb və ya donub. Onun sözlərinə görə, kəşf suyun planetlərin və onların peyklərinin əmələ gəlməsindəki rolunu anlamaq üçün mühüm əhəmiyyət kəsb edir.
Alimlər oxşar duz yataqlarının cırtdan Serera planetində, eləcə də yeraltı okeanların mövcud olduğu güman edilən Yupiter və Saturnun peykləri olan Avropa, Qanimed və Enseladda da ola biləcəyini ehtimal edirlər.
Qeyd edək ki, “Hayabusa2” missiyası asteroiddən Yerə beş qramdan çox material gətirib. Bu nümunələr Günəş sisteminin erkən formalaşması və həyatın mümkün prekursorları haqqında yeni təfərrüatları aşkar etməyə kömək edir.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












